“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində silsilə tədbirlər davam edir. Bu dəfə baş tutan tədbirlər ekoloji istiqamət üzrə “TəbiətimİZ” aksiyasından ibarət olub.
Aksiyaya Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ilə yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi də tərəfdaş qismində qoşulub.
Bunlardan əlavə eko-çantaların könüllülər arasında təbliğini genişləndirmək, ekologiyaya zərər vuran polietilen torbaların istifadəsini azaltmaq, plastik tullantılardan səmərəli istifadə etmək məqsədilə “Eco Workshop” həyata keçirilib. Könüllülər aksiya çərçivəsində eko-çantalar, plastik tullantılar üzərinə müxtəlif rəsmlər çəkiblər.
Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində həyata keçirilən “TəbiətimİZ” aksiyası növbəti günlərdə təmizlik və ağacəkmə aksiyaları ilə davam edəcək. Dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, vətəndaşları ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək məqsədi daşıyan aksiya Tovuz rayonunda Zəyəmçay sahilini, Yevlax şəhərində Kür çayı sahillərini əhatə edəcək. Eyni zamanda, qeyd edilən regionlar üzrə atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə ağacəkmə aksiyasının həyata keçirilməsi də nəzərdə tutulub.
www.102info.az