Salyanda evdə 61 yaşlı qadının meyiti aşkarlanıb.
“Report”un məlumatına görə, hadisə Salyan şəhər A.Ağazadə küçəsi dalan 4-də qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Səmədova İradə Sabir qızının meyiti tapılıb.
İlkin məlumata görə, evdə tək yaşayan qadına doğmaları telefonla əlaqə yaratmaq istəsələr də, zənglər cavabsız qalıb. 3-4 gündən sonra məlum olub ki, qadın yaşadığı evdə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az