“Şuşa o zaman işğal olunanda, xatırlayıram, bir nəfər bizə bildirmişdi ki, bir daha Şuşanı görməyəcəksiniz, amma gördük”.
APA xəbər verir ki, bunu Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.
Milli fəal Güneydə baş verən prosesləri tarixi şərait kimi qiymətləndirib:
“Şuşa alınandan sonra həmin adamı çox axtardım deyəm ki, sənin proqnozun yanlış çıxdı. Amma təəssüf, tapmadım. Və bir zamanlar “Cənubi Azərbaycan məsələsi bitib” deyən adamlar da olublar. İndi mən arzu edirəm ki, həmin bu ifadələri işlədən adamları da elə olsun ki, tapaq və deyək: “Bu proqnoz da yanlış çıxdı. O məsələ bitməyibmiş”.
Bilirsiniz, hazırda Güneydə tarixi fürsət yaranıb. Ötən 100 il ərzində dörd dəfə inqilab olub və haqqımızı tələb etmişik. Bu dörd inqilabın hamısında vədlərə inanmışıq ki, bu da bizim səhvimiz olub. Məhəlli dövlət vədindən gedir söhbət. İnanıram ki, artıq bu cür vədlərə inanmayacağıq”.
www.102info.az