Dekabrın 5-də Monqolustanın paytaxtı Ulan-Batorda ölkədəki kömür qalmaqalı ilə əlaqədar mitinqlər keçirilir.
Etirazçılar Monqolustandan ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyindən fərqli olduğunu bildirirlər.
Nümayişlər də bunun fonunda başlayıb.
Eyni zamanda qeyd olunub ki, Çin Xalq Respublikası kömür oğurluğu ilə məşğul olan şəxsləri edam etdirib və bu işdə iştirak edən Monqolustan rəsmilərinin adlarının siyahısını qarşı tərəfə göndərib.
Aksiya iştirakçıları kömür oğurluğunda iştirak edənlərin adlarının açıqlanmasını tələb ediblər.
Yerli KİV-lər yazır ki, oğurlanan kömürün dəyəri 12,9 milyard dollardır.
Son məlumata görə, dekabrın 5-də nümayişçilər hökumət binasına soxulublar, polislə qarşıdurma baş verib.
Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Həmçinin qeyd olunur ki, Ulan-Bator rəhbərliyi etirazçıların güc yolu ilə dağıdılması üçün sərəncam verib.
Mənbə: İzvestiya
www.102info.az