Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın bütün orta məktəblərində dərslər yarımçıq dayandırılıb.
Buna səbəb hüquq-mühafizə orqanlarına daxil olan zənglə məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olub.
“Bütün orta təhsil müəssisələrindən şagirdlərin təxliyəsi təşkil edilib”, – Mahaçqala şəhər administrasiyasının yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, hazırda xüsusi xidmət orqanlarının əməkdaşları məktəblərin ərazisində yoxlamalar həyata keçirirlər.
Mənbə: TASS
www.102info.az