Rostovda polislərə atəş açıldı: Şəhərdən çıxışlar bağlandı

Dünya

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərətrafı qəsəbəsində polis əməkdaşlarına atəş açılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin məlumata görə, atəş avtomatdan həyata keçirilib.

Atəş açan şəxs fərari kimi axtarışda olub.

Məlum olub ki, həmin şəxs meşədə polis əməkdaşları ilə qarşılaşanda atəş açıb. O, kamuflyaj geyimdə olub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri yaralanaraq xəstəxanaya yerləşdirilib.

Novoşaxtinskdə uşaq bağçaları, şəhərdən çıxışlar bağlanıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir