Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kubanın tanınmış “Radio de Camagüey” radiosuna müsahibə verib.
Oxu.Az xəbər verir ki, müsahibədə müxtəlif mövzulara toxunulub.
Azərbaycanda aparılan mühüm iqtisadi inkişaf prosesi, Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər, xarici və daxili siyasətin prioritetləri, Qarabağ həqiqətləri, o cümlədən 2023 – cü ilin Heydər Əliyev ili elan edilməsilə əlaqədər hər tərəfli məlumat verilib.
Mahir Qurbanov eyni zamanda Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin fəaliyyət prinsipləri haqqında da söhbət açıb.
Qeyd edək ki, “Radio de Camagüey” Kubanın aparıcı radiolardan biridir.
www.RIA24.az