Abşeron rayonu, Mehdiabad qəsəbəsində 11 yaşlı qızın zorla maskalı şəxslər tərəfindən qaçırıldığı bildirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə Məmmədli kəndində qeydə alınıb.
Belə ki, dörd nəfər maskalı şəxs məktəbli qızı qaçırmağa çalışıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı azyaşlının valideynləri “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər:

“Məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə yönləndirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, azyaşlı qız hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanındadır”.
İlhamə Əbülfət
www.102info.az