Xameneinin bacısı: “Qardaşımın avtokratik xilafətinə qarşı olduğumu bəyan edirəm” – FOTO

Dünya

Molla rejiminin ali dini lideri Əli Xameneinin bacısı və bu rejimi tənqid edən ruhani Əli Tehraninin xanımı Bədri Xamenei açıq məktub yayaraq, qardaşının və onun avtoritar xilafətinin əleyhinə olduqlarını bəyan edib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

İran hökumətini tənqid etdiyi üçün hazırda həbsdə olan qadın haqları fəalı Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei dekabrın 6-da dərc olunan məktubunda son 40 ildə övladlarını itirən gözüyaşlı analara xitabən yazıb:

“Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki Əli Xameneinin despotik xilafət dövrünə qədər İran rejiminin cinayətlərinə görə ağlar qalan bütün analara başsağlığı verirəm”.

O, öz “Twitter” hesabında yaydığı məktubun davamında qeyd edib:

“Bütün iranlı yaslı analar kimi, mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızımı zorakılıqla həbs edirsə, deməli, başqalarının məzlum oğul və qızlarına minqat artıq zorakılıq tətbiq edir”.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir