İran Ermənistana 600 raket hədiyyə edib

Dünya

Son günlər Azərbaycan mətbuatında İrandan Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərlə bağlı məlumatlar yayılır.

Baxmayaraq ki, kütləvi informasiya vasitələrində altı gün ərində (24-dən 30 noyabra qədər) 27 İran vətəndaşının Qarabağ bölgəsinə soxulması ilə bağlı sübutlar təqdim edilir, İran tərəfi bu məsələyə aydınlıq gətirməyə tələsmir və onların Xankəndiyə hansı məqsədlə yollandıqlarını şərh etmir.

Bu arada İranın Azərbaycana qarşı daha bir planı üzə çıxıb.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, İran birləşmələrinin Qarabağa soxulmasından təxminən bir ay əvvəl – oktyabrın sonunda molla rejimi gizli şəkildə Ermənistana İran istehsalı olan 600 raket kompleksi göndərib.

Üstəlik, Ermənistana İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) tərəfindən 500 ədəd “Dehlavieh” tank əleyhinə idarə olunan raket kompleksi və 100 ədəd “Almas” tank əleyhinə raket kompleksi bağışlanıb. Bəli, məhz hədiyyə edib, satılmayıb.

Qeyd edək ki, tank əleyhinə idarə olunan raket kompleksi “Dehlavieh” 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrinə Dəstək Nazirliyinin sifarişi ilə, tank əleyhinə raket kompleksi “Almas” isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının sifarişi ilə hazırlanıb.

İranın özündə bu komplekslər demək olar dünyada analoqu olmayan, ən əsası isə molla rejiminin əsas rəqibləri hesab etdiyi ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effektiv silahlar kimi qəbul edilir.

Təsadüfi deyil ki, İranın hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bəyan edirlər ki, İraqdakı döyüşlərdə sınaqdan keçirilmiş “Almas” və “Dehlavieh” İsrailin “Merkava” (İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankı) və ABŞ-ın “Abrams” yeni nəsil döyüş tanklarını “asanlıqla məhv etməyə” qadirdirlər.

İranın 27 nəfərdən ibarət iki dəstəsinin Qarabağa soxulması və demək olar ki, eyni vaxtda İranın Ermənistana raket ötürməsi təsadüfdürmü?

Bəlkə bu, İran tərəfinin hələ də öz vətəndaşlarının Qarabağda nə “itirdiklərinə” aydınlıq gətirməməsi ilə bağlıdır?

İrandan olan qruplar haqqında məlumatların yayılmasından dərhal sonra iranlıların Xankəndiyə gələrək yerli quldur dəstələrinə İran istehsalı olan silahlardan istifadəni öyrədə biləcəyi ilə bağlı versiyalar ortaya çıxdı.

Əgər bu versiya təsdiqini tapsa, o zaman bunun yalnız bir izahı ola bilər: Ermənistana bağışlanan sursatın bir hissəsi sülhməramlıların qanadı altında özlərini çox rahat hiss edən terrorçu qruplara ötürülüb.

Təbii ki, bu versiyalardan yalnız biridir. Hər halda, İran tərəfi gec-tez həm Ermənistana raketlərin bağışlanmasını, həm də Qarabağa göndərilən dəstələr məsələsinə aydınlıq gətirməli olacaq.

Qeyd edək ki, Caliber.Az-a etibarlı mənbədən daxil olan informasiyaya görə, İranın Ermənistana raket ötürməsi ilə bağlı məlumatlar tam dəqiqdir.

Niyə cənub qonşumuz İrəvanı silahlandırmaqla məşğul olur?

Ümid edirik ki, Tehrandan bu suala cavab veriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir