Rusiyalı alimlər belaruslu mütəxəssislərlə birlikdə yarasalarda yeni atipik parazitlər aşkar ediblər.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı aparılan bioloji tədqiqat məlumatları “Ecologica Montenegrina” jurnalında dərc olunub.
Qeyd olunur ki, təhlükəli xəstəliklərin insanlara ötürülməsi təhlükəsi mövcuddur.
“Yeni parazitlərin kəşfi yarasaların təcrid olunmamış bir qrup olduğunu təsdiqləyir. Onlar təhlükəli təbii ocaqlı infeksiyaları yaymağa qadirdir”, – deyə Tümen Dövlət Tibb Universitetinin dosenti Mariya Orlova bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislər bu gün təbiətdə müşahidə olunan sahib-parazit əlaqəsinin genişlənməsi ilə bağlı narahatlıqlarını getdikcə daha çox ifadə edirlər.
O da qeyd olunur ki, parazitlər qırmızı vesperlərdə və su yarasalarında (Rusiya və Belarusda yayılmış yarasa növləri) aşkar edilib.
Xatırladaq ki, dövrümüzün bəlasına çevrilən koronavirusun insanlara keçməsinə səbəb kimi bir çox heyvanın adı çəkilsə də, sonda yarasa ehtimalı üzərində dayanılıb. Bundan başqa, ÜST-nin pandemiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyi Nipah virusunun daşıyıcıları da meyvə yeyən uçan tülkülərdir (yarasa növü).
www.RIA24.az