“Yalı Çapkını”nın “Seyran”ı Türkiyə rekordunu qırdı

Dünya

Son zamanlar oynadığı layihələrlə gündəmdən düşməyən türkiyəli məşhur müğənni Afra Saraçoğlu zirvələrə qalxmaqda davam edir.

“Yalı Çapkını” serialındakı (“Seyran” obrazı) uğuru ilə mövsümün ən çox müzakirə edilən aktrisasına çevrilən Afra Saraçoğlu IMDb siyahısında Türkiyə birincisi olub.

Dünyanın ən böyük film, serial və aktyor reytinqi saytı olan IMDb-də 11 milyondan çox ad arasında 1664-cü yeri tutan Saraçoğlu Türkiyənin ulduzu olmağı bacarıb. IMDb-nin Türkiyə siyahısında 1-ci yeri tutan uğurlu oyunçu zirvəyə qalxaraq karyera rekordunu qırıb.

Mənbə: Snob Magazin

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir