18 aylıq balaca Nurayın atası: “Övladımı itirməkdən çox qorxuram” – FOTO

Cəmiyyət

1 yaş 6 aylıq İsgəndərova Nuray Rizvan qızı ürək əməliyyatı olunmalıdır.

Bu barədə Oxu.Az-a onun atası İsgəndərov Rizvan məlumat verib. 

O bildirib ki, övladı ikinci dəfə əməliyyat olunmalıdır:

“Nuray doğulandan bu problemdən əziyyət çəkir. Ağlaya bilmirdi, çətinlik çəkirdi, həkim müayinə etdikdən sonra qızıma “Təcili əməliyyat olunmalıdır” dedi. İlk açıq ürək əməliyyatı beş aylığında oldu. İndi yenidən əməliyyat olmalıdır. Nurayın “Glenn” əməliyyatı olması üçün 25 000 manata ehtiyac var. Amma buna imkanımız çatmır. Əməliyyat etdirmək üçün gecikirik. Nuray boğulur, çətinlik çəkir. Övladımı itirməkdən çox qorxuram. Xalqımızdan qızıma kömək etməklərini xahiş edirəm”.

Ailə ilə əlaqə üçün: 051 506 62 35

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir