“The New York Times”ın əməkdaşları 40 ildən sonra ilk dəfə tətil elan ediblər

Dünya

ABŞ-nin “The New York Times” qəzetinin jurnalistləri 40 ildən sonra ilk dəfə tətil elan ediblər.

Əməkdaşlar nəşrlə həmkarlar ittifaqı arasında aparılan danışıqların uzanmasından narazıdırlar.

Artıq 40-a yaxın raund keçib, lakin heç bir razılıq əldə olunmayıb.

Jurnalistlər hesab edirlər ki, “The New York Times” qəzetinin sahibi ölkədəki iqtisadi vəziyyəti nəzərə almır. Onlar maaş, tibbi xidmət və pensiyanın həcmindən hiddətləniblər.

Media nümayəndələri etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir