Bakı şəhərinin Yasamal rayonunda söküntü işləri aparılan ərazidə 25 m² sahədə məişət tullantıları və taxta konstruksiyadan ibarət hasar yanıb.
APA-nın xəbərinə görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin faraları və “Hyundai” markalı minik avtomobilinin ön buferi əriyib.
Hər iki avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az