Ötən il Qarabağ iqtisadi rayonuna 8 minə yaxın vətəndaş səfər edib – FOTO

Cəmiyyət

“Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7,841 nəfər vətəndaşın səfəri təşkil olunub”.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndiliyinin “Twitter” səhifəsində məlumat verilib.

Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlər barədə infoqrafika paylaşılaraq bildirilir ki,  Ağdama 3054, Tərtərə 501, Xocavəndə 122, Füzuliyə isə 74 nəfər səfər edib.

Qeyd edilib ki, “Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri üzrə ümumi reyslərin sayı 123, ümumi sərnişin sayı isə 4090 olub.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir