Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qış imtahan sessiyasında iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şəraiti yaradacaq.
Bu barədə universitetdən bildirilib.
Qeyd olunub ki, ADPU-da qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir:
“Hazırda ölkə ərazisində və Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.
Bununla belə, Pedaqoji Universitet rəhbərliyi bildirir ki, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr icazəli hesab olunacaqlar və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq”.
www.102info.az