Amerikalı aktyor Bred Pitt özünə məxsus “Plan B Entertainment” prodüser şirkətinin səhmlərinin çoxunu satdıqdan sonra Hollivuddan uzaqlaşmağı planlaşdırır.
Bu barədə ulduza yaxın mənbədən bildirilib.
Məlumata görə, aktyor Fransaya mühacirət etmək və kinodan tamamilə uzaqlaşmaq niyyətindədir.
“O, üzüm bağları və incəsənətlə məşğul olmağı, həmçinin mebel istehsalına girişməyi düşünür. Pitt, sadəcə, bu dünyada yaşamaq istəyir”, – deyə mənbə vurğulayıb.
Başqa bir mənbədən isə bildirilir ki, Pitt sakit həyat istəyir; o, filmlərdə yenidən oynamaq qərarına gələrsə də, kino biznesindən uzaq qalacaq.
Mənbə: Page Six
www.102info.az