Biləsuvar rayonunda kütləvi dava olub.
“Report”un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində marketlərin birinin yaxınlığında qeydə alınıb.
Belə ki, hələlik məlum olmayan səbəbdən bir neçə nəfər arasında düşən dava zamanı iki nəfər, Bakı şəhər sakinləri, 1983-cü il təvəllüdlü V. Məmmədov və 1963-cü il təvəllüdlü K.Haqverdiyev müxtəlif bədən xəsarətləri alıb.
Onlar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az