Arvadını avtomobildə vəzifəli şəxslə tutdu, 17 bıçaq vurdu – MƏHKƏMƏ İŞİ

Kriminal

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Yunusovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 28-i saat 14 radələrində Sumqayıt bulvarı ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İttihama görə, hadisə namus üstündə baş verib.

Belə ki, 2017-ci ildən Sumqayıt şəhəri Telefon qovşağında Cari planlama sektorunun müdiri vəzifəsində çalışan İlkin İbişovla Rahibin rəsmi olaraq boşandığı, lakin birlikdə yaşadığı həyat yoldaşı Sona (şərti) evə internet xətti çəkdirən zaman tanış olub. Onlar “WhatsApp” vasitəsilə yazışanda Rahib keçmiş arvadından şübhələnib. Xüsusi proqram vasitəsilə ilə həyat yoldaşının “WhatsApp”ını izləyib.

Hadisə günü evdən işə getmək adı ilə çıxıb, lakin çöldə gözləyib. Bu zaman İlkin onların evlərinin qarşısında “Mercedes-Benz” markalı avtomobilini saxlayıb. Arvadı ilə azyaşlı qızı maşına əyləşib və onlar ərzindən uzaqlaşıblar. Rahib isə taksiyə əyləşərək maşını onların arxası ilə sürdürüb. İlkin əvvəl məktəbin qarşısında avtomobili saxlayıb, Rahibin qızı məktəbə gedib. Sonra onlar dənizkənarı bulvara gəlib. Sona maşından düşüb qarşı tərəfdə əyləşib. Rahib “Mercedes-Benz”ə yaxınlaşanda o, İlkinin arvadının əlindən tutduğunu görüb. Bu zaman o, maşının qapısını açaraq İlkinin yaxasından tutub çölə çıxardıb. Sona isə avtomobildən düşürərək qaçıb. Dava zamanı Rahib İlkinə ümumilikdə 17 bıçaq zərbəsi vurub.

Daha sonra xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir