“Əsgərlər görünən düşmənlə vuruşub. Ancaq indi görürük ki, görünməyən düşmənlərimiz də fəaliyyətə başlayıb. Mən siyasi partiyaları, deputatları, blogerləri onlarla mübarizədə aktiv olmağa çağırıram”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bolşeviklərin adına olan kəndlərin adı dəyişdirilib:
“Düşünürəm ki, yaz sessiyasında işğaldan azad edilən ərazilərimizdə bələdiyyələrin formalaşdırılması ilə bağlı plan hazırlayacağıq. Çünki illərdir ki, oradan olan vətəndaşlarımız seçmək və seçilmək hüququndan məhrum olublar”.