Kremldən Paşinyana CAVAB: “Bakının razılığı olmasa, BMT sülhməramlıları Qarabağa yerləşdirilə bilməz”

Müharibə

“BMT Təhlükəsizlik Şurasının sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmdə olub. Lakin onların yerləşdirilməsi üçün bütün tərəflərinin – həm Bakının, həm də İrəvanın razılığı lazımdır”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya öz öhdəliklərini yerinə yetirə bilməsə, BMT Təhlükəsizlik Şurasında Qarabağa beynəlxalq missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Peskov bildirib ki, həm işçi, həm də müxtəlif səviyyələrdə daimi təmaslar var.

“Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız tərəflərin hər ikisinin razılığı ilə göndərilə bilər”, – deyə Peskov bildirib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir