Britaniyanın azad olunmuş ərazilərdəki layihələrdə iştirakı müzakirə edilib – FOTO

Cəmiyyət

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq”, – paylaşımda bildirilir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir