Uşağın ifasını eşidib ona 15 min dollarlıq piano hədiyyə etdi – FOTO/VİDEO

Mədəniyyət

Amerikalı kişi 11 yaşlı autizmli uşağın ifasını eşitdikdən sonra ona 15 000 dollar dəyərində pianino hədiyyə edib.

Məlumata görə, piano kökləyicisi kimi işləyən koloradolu Bill Maqnusson yerli kanallardan Cudun musiqi istedadı barədə öyrənib. O, uşağın pianoda ifa etməsinə qulaq asdıqdan sonra o qədər heyran olub ki, məktəbliyə istedadının itməməsi üçün peşəkar musiqi aləti almağa borclu olduğunu hiss edib.

Cudun atası uşağa fortepiano çalmağı heç kimin öyrətmədiyini deyir. Kişinin sözlərinə görə oğlunun musiqi istedadını ilk dəfə zirzəmidə köhnə klaviatura tapıb melodiya çalmağa başlayanda eşidib.

Bill pianonu atasından miras qalan pulla alıb. O, ayda bir dəfə musiqi alətini sazlayacağına və Cuda fortepiano dərsləri üçün pul ödəyəcəyinə də söz verib.

Gənc musiqiçinin atası koloradolu kişiyə çox minnəıtdar olduqlarını bildirib.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir