“Laçında 2 nömrəli və Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
Onun sözlərinə görə, Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb:
“Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşada şəhərində, həmçinin Ağdam şəhərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”.
O əlavə edib ki, Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblər tikilir:
“Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır”.
İlhamə Əbülfət
www.102info.az