Rusiyanın Ufa şəhərində alovlara bürünən ev buz sarayına çevrilib.
Yanğınsöndürənlər ikimərtəbəli taxta evdə yanğını söndürüblər. Hər şey -37 dərəcə temperaturda baş verdiyi üçün bina hər tərəfdən buz təbəqəsi ilə örtülüb.
Hətta yanğınsöndürənlər daim bir-birini əvəz etmək, növbə ilə isinmək və güclərini bərpa etmək məcburiyyətində qalıblar.
Hadisə yerindən maraqlı fotolar Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi “Telegram” kanalında yayımlanıb.
Qurumdan həmçinin bildiriblər ki, güclü şaxta səbəbindən texnika və avadanlıqlar da buz bağlayıb və sıradan çıxıb.
Mənbə: 47channel.ru
www.102info.az