Madridin “Real” klubunun futbolçuları Vinisius Junior və Rodriqo, həmçinin baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanında Kriştianu Ronaldu ilə görüşüblər.
Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Onlar Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduzla xatirə şəkli çəkdiriblər.
Karlo Ancelotti hesab edir ki, Ronaldu “Ən-Nəsr”ə keçməkdə “düzgün qərar” verib.
Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə “Real”da çıxış edib.
www.102info.az