Yeni prezident dövründə Vaşinqtonun yeni siyasəti: Nə dəyişəcək?

Siyasət

Bu həftə Seçicilər Kollegiyası ABŞ-da prezident seçkiləri ətrafında yaşanan intriqalara son qoydu: Co Baydenin qələbəsini təsdiqlədi. Bundan əvvəl isə bir qrup demokrat senator Co Baydendən andiçmə mərasimindən sonra ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar siyasətini tənzimləməsini və ATƏT-in Minsk qrupunun himayəsi altında Qarabağın statusu ilə bağlı danışıqlara qoşulmasını istəmişdi.

Amerikalı publisist, ABŞ-ın Redford Universitetinin professoru, Ceymstaun Fondunun eksperti Qriqori İoffes yeni prezidentin dövründə Vaşinqtonun Cənubi Qafqaz regionu və Qarabağ məsələsində siyasəti ilə bağlı Media.Az-a şərh verib.

Onun sözlərinə görə ATƏT-in Minsk Qrupu bütövlükdə özünü heç bir şəkildə doğrultmayıb və Rusiya həll yolu ilə təkbaşına məşğul olub.

Ekspert demokratların hakimiyyəti dövründə Türkiyə-ABŞ münasibətlərinə də toxunub. Onun sözlərinə görə, bu əlaqələrin istiləşəcəyi gözlənilmir.

“Türkiyə NATO üzvü olsa da, Vaşinqton ilə Ankara arasındakı münasibətlərin daha da soyuması mümkündür”, – deyə o vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir