Salyanda minik avtomobili aşıb, dörd nəfər xəsarət alıb

Cəmiyyət

Salyanın Aşağı Kürkənd kəndində “Hyundai” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

“Report”un məlumatına görə, qəza nəticəsində Salyan şəhər sakinləri – 2005-ci il təvəllüdlü Kərəmov Qədim Faiq oğlu, 2007-ci il təvəllüdlü Məlikzadə Hüseyn İbad oğlu və qardaşı, 2003-cü il təvəllüdlü Məlikov Əliağa İbad oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir