Ərdoğanın sözçüsü Ukrayna münaqişəsinin nə zaman bitəcəyini açıqladı

Dünya

Rusiya ilə Qərb bloku arasında “böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişəyə son qoyulacaq.

Bu fikri şənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın xarici jurnalistlərlə görüşdə bildirib.

“Burada əsas məsələ Rusiyanın Qərblə, ilk növbədə ABŞ-la yeni saziş bağlamaq istədiyi daha geniş geosiyasi mənzərədir. Rusiya ilə Qərb bloku arasında daha böyük geosiyasi məsələləri həll etmək üçün hansısa böyük sövdələşmə olmalıdır. Əks halda müharibə uzun müddət davam edəcək. İndiyə qədər gördüklərimizin təkrarlanacağını görəcəyik. Xərclər daha da artacaq, daha çox insan öləcək, daha çox şəhər məhv ediləcək.

İstədiyimiz bu deyil. Bunlar bizim iki tərəf arasında öz neytral mövqeyimizi saxlamaq, onları bu müharibəni necə bitirmək barədə ciddi söhbət üçün bir araya gətirmək istəməyimizin səbəblərindəndir”, – deyə Kalın bəyan edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir