Ermənistanda Rusiya hərbi bazasının bağlanması tələb olundu

Dünya

Ermənistanda Milli Demokratik Qütb blokunun üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının yaxınlığında etiraz aksiyası keçiriblər.

Onlar Rusiya hərbi bazasının işinin dayandırılmasını tələb edib, Qarabağdakı sülhməramlıları öz işlərinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar.

Baza qarşısında polis kordonu düzülüb. İştirakçılar bazanın girişində çadırlar qura bilməsələr də, orada Ukrayna bayrağını yerləşdirə biliblər.

Qeyd edək ki, sonuncu analoji aksiyası yanvarın 8-də baş tutub. Etirazçılar hərbi hissəyə yaxınlaşmağa çalışsalar da asayiş keşikçiləri onların qarşısını kəsib, nəticədə əlbəyaxa dava düşüb. Bundan sonra 65 etirazçı polis tərəfindən saxlanılıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir