Yaşlanma xroniki xəstəliklərin inkişafı üçün ən əhəmiyyətli risk faktorudur. Hüceyrələrin qocalması səbəbindən bədən yaşlanır və bu proseslə əlaqəli xəstəliklər yaranır. Lakin elm adamları bu yaxınlarda qocalmanı ləngitməyin yeni üsulunu kəşf ediblər.
Çin Elmlər Akademiyasının Zoologiya İnstitutundan Lyu Quanhuey və Qu Tszin Pekin Genomika İnstitutundan olan Çjan Veytsi ilə birlikdə ilk dəfə olaraq ERV virusunun aktivləşməsinə maneə törətməklə insan genomu ardıcıllığında qocalma prosesini ləngitməyin mümkünlüyünü aşkar ediblər. Bunun üçün alimlər hətta bir neçə strategiya da hazırlayıblar. Bu texnologiyaların sayəsində toxumaların, hüceyrələrin və orqanizmlərin qocalmasını ləngitmək mümkündür.
Qeyd edək ki, bir neçə milyon il əvvəl, qədim ERV virusu insan genomuna daxil olaraq onun bir hissəsinə çevrilib. O, insan genomunda gizlənən “qaranlıq maddə” funksiyasını həyata keçirir. Virus genomun 8%-ni tutduğundan, genetik yaddaşın mühüm hissəsini təşkil edir.
Mənbə: ferra.ru
www.102info.az