Elm və təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.
Əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.
Eyni zamanda məktəblərdə faciəyə həsr olunan kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkil edilməsi də planlaşdırılıb.
www.102info.az