Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına Rusiyanın raket zərbəsi nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Onların arasında iki uşaq da var.
Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.
“Xilasedicilər gecə saatlarında Rusiya raketi ilə dağıdılan çoxmərtəbəli binanın dağıntıları altından daha bir neçə nəfəri çıxarıblar”, – deyə o qeyd edib.
Məlumata görə, 39 nəfər xilas edilib, 75 nəfər yaralanıb. Yaralılardan 14-ü uşaqdır.
Binanın daha 35 sakininin taleyi isə məlum deyil. Dağıntılar altında insanların axtarışı davam edir.
Mənbə: Ukrinform
www.102info.az