Avtomobil qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb.
Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində avtomobil qəzasına düşüb.
O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az