Jurnalist Cəmil Məmmədli sərbəst buraxıldı

Cəmiyyət

Jurnalist Cəmil Məmmədli sərbəst buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Məlumata görə, Məmmədli Cəmil Qiyas oğlunun barəsində həbs növü olmayan, başqa yerə getməmək qəti intizam tədbiri seçilib.

Qeyd edək ki, C.Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir