İlham Əliyev Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtından danışdı

Siyasət

“Azərbaycanda vaksinasiyaya gələn ilin əvvəlində başlanması planlaşdırılır. Bu, könüllük əsasında və dövlət hesabına olacaq”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitində çıxışı zamanı bəyan edib.

O, Azərbaycanın da vaksinasiya prosesinə qoşulduğunu bildirib.

Dövlət başçısının sözlərinə görə, aylardır ki, “Sputnik V”, “Astrazeneca”, “Sinopharm”, “Sinovac”, “Moderna”, “Pfizer-BioNTech” kimi aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparılıb.

Prezident İlham Əliyev çoxplatformalı vaksinasiya strategiyasının hazırlandığını qeyd edib.

“Hansı texnologiya əsasında hazırlanmasından asılı olmayaraq, bizim üçün vacib olan elmi əsaslandırılmış təhlükəsizlikdir”, – deyə dövlət başçısı vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir