Leykozdan əziyyət çəkən 6 aylıq Uğurun anası: “Uğur 7 il sonra dünyaya gəlib, tək övladımdır” – FOTO

Cəmiyyət

Altıaylıq Uğurun sizin köməyinizə ehtiyacı var. 

Bu barədə Oxu.Az-a onun anası Əzizova Rəvanə məlumat verib.

O bildirib ki, övladı Uğur Əzizov leykozdan əziyyət çəkir.

“Uğur iyul ayında dünyaya gəlib. İki ay əvvəl çəkisinin az olduğunu düşünərək həkimə apardıq. Uğurun leykozdan əziyyət çəkdiyini həmin vaxt öyrəndik”

Rəvanə Əzizova övladının müalicəsi üçün 5000 manata ehtiyacı olduğunu deyib.

“Uğurun müalicəsi Türkiyədədir. Müalicə üçün 5000 manata ehtiyacımız var. 1000 manat kredit götürmüşük, amma 4000 manatı yığmağa imkanımız yoxdur. Uğur mənim tək övladımdır. 7 illik həsrətdən sonra dünyaya gəlib. Yardımsevər şəxslərdən mənim tək balama kömək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: 055 768 25 17

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir