İran Silahlı Qüvvələrinin Baş Qərargahı Avropa Parlamentinə xəbərdarlıq etdi – FOTO

Dünya

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.

Bəyanatda Avropa Parlamentinin SEPAH adını “terror təşkilatları” siyahısına daxil etməsini pisləyib. Həmçinin bunun nəticələri barədə xəbərdarlıq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bəyanatda iddia olunub ki, Avropa Parlamentinin son addımı beynəlxalq qaydalara zidd olmaqla yanaşı regional və qlobal təhlükəsizliyə, sülhə təsir edə bilər. “Avropa Parlamenti bu addımın nəticələri ilə bağlı diqqətli olmalıdır”, – deyə bəyanatda vurğulanır.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir