Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döydü

Cəmiyyət

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirdin döyüldüyü iddia edilib. 

Bu barədə 27 nömrəli tam orta məktəbdə təhsil alan R.E.-nin valideyni sosial şəbəkələrdə məlumat paylaşıb.

Valideyn iddia edib ki, oğlu bir qrup şəxs tərəfindən planlı şəkildə vəhşicəsinə döyülüb:

“Yanvarın 13-də oğlumla digər sinfin şagirdləri arasında münaqişə baş verib. Daha sonra məktəbin müəllimləri onları barışdırmağa çalışsa da, digər şagird oğlumu öldürməklə hədələyib. Məsələ barədə dəfələrlə məktəbə gedib narahatlığımı bildirdim. Mənə “hər şey qaydasındadır”, – deyib, yola saldılar. Bir neçə gün əvvəl oğlumu hədələyən şagird qardaşı və yaxınları oğlumu vəhşicəsinə döyüblər”.

Məsələ barədə Bakı şəhəri 27 nömrəli tam orta məktəblə əlaqə saxladıq.

Təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi ilə bağlı tövsiyələr verilib.

Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023-cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib.

“Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, – deyə qeyd edilib. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir