Meksikanın Akapulko şəhərində şəhər şurasının iclası zamanı qəribə hadisə baş verib. Belə ki, tədbirin ortasında tavandan yenot düşüb.
“Çağırılmamış qonaq” yerli deputatların qışqırıqları altında özünü itirib və zalda vurnuxa-vurnuxa qalıb. Sonda yenot qapını tapa bilib.
Qeyd olunur ki, tavan panelinin arxasında onun daha bir yoldaşı görünüb, ancaq o, otaqdakı hay-küydən sonra “tədbirə qatılmaq istəməyərək” yoluna davam edib.
Mənbə: Daily Mail
www.RIA24.az