Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Süleyman Rüstəm küçəsində qeydə alınıb.
1956-ci il təvəllüdlü Əliyev Şöhlət Bəyməmməd oğlu mağazadan çörək alıb evə gedərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az