“Tünzalənin özü üçün yaşamağa vaxtı qalmadı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın dəfn mərasimində teleaparıcı Zaur Baxşəliyev deyib.
“Sonuncu dəfə xəstəxanadan yazmışdı. O da özünə görə deyildi. Bir gənc müğənnini efirə çıxarmaq istəyirdi. Bu həyatda heç nəyi özünə görə etmədi. Onu ayaqda saxlamağa çalışdıq. Lakin görünür, yazılana pozu yoxdur”, – teleaparıcı bildirib.
Z.Baxşəliyev qeyd edib ki, Tünzalə qızına görə yaşamaq istəyirdi:
“Həmişə deyirdi ki, Zəhraya görə yaşamaq istəyir. Tünzalə özü üçün yaşamadı. Doğmaları üçün yaşadı. Onun özü üçün yaşamağa vaxtı qalmadı”.
Nəzrin Vahid
www.RIA24.az