Salyanın Aşağı Kürkənd kəndində 32 yaşlı kişinin meyiti aşkar edilib.
“Report”un məlumatına görə, kənd sakini, 1991-ci il təvəllüdlü Alışov Fərid Xalid oğlunu meyiti öz evində deyil, başqa bir şəxsin evində aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.
F.Alışovun narkotik maddədən istifadə etdiyi güman edilir. Meyitin tapıldığı evin sakininin də saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az