Bakıda 38 yaşlı kişi bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə yanvarın 24-də saat 04 radələrində paytaxtın Nizami rayonu, “Nazlı” şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının giriş hissəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Mehdiyev Alim Şakir oğlu Zaur adlı şəxslə mübahisə edib. Daha sonra Zaur ona bir neçə bıçaq xəsarəti yetirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
www.102info.az