Bakıda məktəbdə qızlar arasında dava düşdü – AÇIQLAMA

Cəmiyyət

Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlanması iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Bildirilib ki, məktəbli oğlan sevdiyi qızı başqası ilə danışdığına görə bıçaqlayıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

“136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qızlar arasında dava psixoloqa getmək üstündə düşüb. Belə ki, qızlardan birini anası psixoloqa aparıb, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir