Üç uşağı anasız qoymayaq: “Əməliyyat üçün qardaşımız evini girov qoyub, amma pul çatmır” – FOTO

Cəmiyyət

Qaraciyər sirrozundan əziyyət çəkən Ağakişiyeva Fəxriyyənin köməyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun bacısı Yetər Qazıyeva məlumat verib.

O bildirib ki, bacısı Fəxriyyə Ağakişiyeva 4 ildir qaraciyər sirrozu ilə mübarizə aparır.

“Bacımın 49 yaşı var. Dörd il əvvəl ağrıları başladı, buna görə həkimə getdi, məlum oldu ki qaraciyər sirrozundan əziyyət çəkir. Vəziyyəti çox ağırdır. İki dəfə qarın boşluğunda yığılan su çəkilsə də, bu dəfə həkimlər suyun çəkilməyinin təhlükəli olduğunu deyirlər”. 

Yetər Qazıyeva bacısının müalicəsi üçün qardaşlarının evini banka girov qoyduğunu deyib.

“Bacım Türkiyədə əməliyyat olunmalıdır. Donoru tapılıb. Əməliyyat üçün 58 000 manat lazım idi. Qardaşımız evini banka girov qoyub 36 000 manat götürüb, qohumlarımız da 15 000 manat yardım ediblər. İndi isə 7 000 manatımız çatmır. İmkanlı şəxslərdən bacıma kömək olmalarını xahiş edirəm. Bacımın üç övladı var. Balaca övladının dörd yaşı var. Yoldaşı isə 2 il əvvəl yol-nəqliyyat hadisəsində vəfat edib”

Ailə ilə əlaqə: 055 495 56 92

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir