Bu gecə Ukrayna Müdafiə Qüvvələri İran istehsalı olan 24 ədəd “Şahed” kamikadze-dronunu vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı “Facebook”da məlumat verib.
“Yanvarın 26-na keçən gecə rusiyalı işğalçılar İran istehsalı olan “Şahed-136/131” kamikadze-dronları ilə Ukraynaya hücumları bərpa ediblər. PUA-larla hücumlar Azov dənizinin şərq sahilindən başlayıb.
İlkin məlumatlara görə, düşmən 24 ədəd kamikadze-dron istifadə edib. Onların hamısı məhv edilib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, kamikadze-dronların böyük əksəriyyəti ölkənin mərkəzində – “Mərkəz” Hava Komandanlığının məsuliyyət zonasında məhv edilib.
www.102info.az