“Azərbaycanda mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər xəsarət alıb”.
Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
K.Əliyev bildirib ki, 2020-ci ilin noyabr ayından mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
www.102info.az