Yaponiya Rusiyadan olan 22 fiziki şəxs və 3 təşkilatın aktivlərini dondurduğunu açıqlayıb.
Sanksiya siyahısına ədliyyə naziri Konstantin Çuyçenko, baş nazirin birinci müavini Andrey Belousov, Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova, uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova daxil edilib.
Fevralın 3-dən Yaponiya Rusiyaya vaksinlərin və tibbi cihazların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri üçün avadanlıqların ixracına qadağa qoyacaq.
Yaponiya Xarici İşlər Nazirliyinin saytında qeyd edilir ki, “İrkut” korporasiyası, Moskva “Avanqard” maşınqayırma zavodu və “KamAZ” sanksiyalarla üzləşib.
Fiziki şəxslərin siyahısına yuxarıda göstərilənlərdən əlavə baş nazirin müavini Dmitri Çernışenko, müdafiə nazirinin müavini Mixail Mizintsev, “KamAZ”ın baş direktoru Sergey Koqonin də daxil edilib.
Mənbə: RBC-UKRAİNA
www.102info.az